Azərbaycanda qeydiyyatda olan gənc narkotik istifadəçilərinin sayı açıqlanıb

Azərbaycanda qeydiyyatda olan gənc narkotik istifadəçilərinin sayı açıqlanıb 2021-ci ilin sonuna qədər ölkədə qeydiyyatda olan narkotik istifadəçilərin sayı 34 602 nəfər təşkil edib.
Sağlamlıq
24 İyun , 2022 14:10
Azərbaycanda qeydiyyatda olan gənc narkotik istifadəçilərinin sayı açıqlanıb

“2021-ci ilin sonuna qədər ölkədə qeydiyyatda olan narkotik istifadəçilərin sayı 34 602 nəfər təşkil edib”.

“Report” xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzin baş direktoru Orxan Cəfərov deyib.

O qeyd edib ki, qeydiyyata götürlən şəxslərdən 556-sı qadındır: “Yaş göstəricilərinə gəlincə, onlardan iki nəfəri 14 yaşında, 12 nəfəri 15-17 yaşında, 2 313 nəfəri 18-24 yaşındadır. Yaşı 65-dən çox olanlar isə 292 nəfər təşkil edir”.

Son xəbərlər

Orphus sistemi