Azərbaycanda qripə qarşı vaksinasiya prosesi başlayıb

Azərbaycanda qripə qarşı vaksinasiya prosesi başlayıb Ölkədə ilk dəfə olaraq TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə ölkəmizdə peyvənd olunacaq risk qruplarını müəyyənləşdirmiş və vaksinasiya prosesi başlamışdır
Sağlamlıq
5 Noyabr , 2020 21:43
Azərbaycanda qripə qarşı vaksinasiya prosesi başlayıb

Ölkədə ilk dəfə olaraq TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə ölkəmizdə peyvənd olunacaq risk qruplarını müəyyənləşdirmiş və vaksinasiya prosesi başlayıb. Hazırda dünyada və ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq epidemik vəziyyəti gərginləşdirməkdədir. Eyni zamanda payız və qış fəsillərində mövsümi qrip və digər etiologiyalı kəskin tənəffüs yolları infeksiyalarının sayının artması müşahidə edilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Report"a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyası ilə yanaşı, sözügedən xəstəliklərin də mövcudluğu epidemik vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Risk ehtimalını nəzərə alaraq,mövsümi qripə qarşı peyvəndin aparılması zəruridir.

Ölkədə ilk dəfə olaraq TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə ölkəmizdə peyvənd olunacaq risk qruplarını müəyyənləşdirmiş və vaksinasiya prosesi başlamışdır. Qripə qarşı peyvənd respublikanın bütün şəhər və rayonlarında tibb işçiləri (həkimlər, orta tibb personalı), hamilələr, 6 aydan başlayaraq uşaqlar, xroniki tənəffüs sistemi xəstəlikləri olan əhali qrupları arasında könüllü aparılır.

Bu gün Ə.D. Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, və qurumun işçilərinin bir qismi qripə qarşı peyvənd olunub. Ölkəmizə gətirilən qripə qarşı vaksinasiya Niderland Krallığında istehsal olunmuş İnfluVak Tetra peyvəndi, dördvalentli, inaktivasiya olunmuş peyvənddir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş və 2020-2021-ci il mövsümünə aid qrip peyvəndinə qoyulmuş tələblərə uyğundur.

Peyvənd tək nəfərlik doza şəklində şprisə yığılmış haldadır. Vaksin mütləq olaraq tibb müəssisəsində və tibb işçisi tərəfindən vurulmalıdır. Vaksinasiya ölkə üzrə tələblərə cavab verən xüsusi ayrılmış tibb müəssisələrində 2020-ci il 12 oktyabrdan başlayıb. Proses bir ay müddətində həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi