Azərbaycanda reanimasiyada olan xəstələrin sayı açıqlandı

Azərbaycanda reanimasiyada olan xəstələrin sayı açıqlandı Azərbaycanda koronavirusla bağlı 13 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Sağlamlıq
13 Avqust , 2020 21:39
Azərbaycanda reanimasiyada olan xəstələrin sayı açıqlandı

Azərbaycanda koronavirusla bağlı 13 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Son sutkada koronavirusa görə 7 520 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 812 033-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 213, süni tənəffüs cihazında olan xəstə sayı 44 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 33 915 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 31 269 nəfər müalicə olunaraq sağalıb, 500 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 146 nəfərdir.

Son xəbərlər

Orphus sistemi