Azərbaycanda səyyar briqadalar vasitəsilə vaksinasiyaya başlanılıb

Azərbaycanda səyyar briqadalar vasitəsilə vaksinasiyaya başlanılıb "Bu proses bizə daxil olan çox saylı müraciətlər əsasında həyata keçirilir"
Sağlamlıq
2 Aprel , 2021 16:31
Azərbaycanda səyyar briqadalar vasitəsilə vaksinasiyaya başlanılıb
Aygün Əliyeva
0 : 00
0 : 00

"Bu gündən etibarən Bakıda vaksinasiya prosesinin sürətləndirilməsi, tibb məntəqələrində sıxlığın qarşısının alınması məqsədi ilə dövlət müəssisələrində yerində səyyar briqadalar təşkil olunmaqla vaksinasiya prosesinə başlanılıb. Bu proses bizə daxil olan çox saylı müraciətlər əsasında həyata keçirilir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri Aygün Əliyeva deyib.

"İlk proses 1 saylı “ASAN xidmət” mərkəzində həyata keçirilir. Bu proses bundan sonra da davam edəcək. Dövlət orqanlarının müraciətləri nəzər alınaraq xronoloji ardıcıllıqla qurumların əməkdaşları öz iş yerlərindən ayrılmadan peyvənd olunacaqlar", - o bildirib.

Son xəbərlər

Orphus sistemi