Azərbaycanda son 1 həftə ərzində (16-22 oktyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 156 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 234 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 6 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 833 955 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 439 nəfər müalicə olunaraq sağalıb, hazırda 163 aktiv xəstə var. Bu günə qədər 10 353 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 415, bu günə qədər isə ümumilikdə 7 699 775 test icra olunub.
Ölkədə son həftə ərzində vaksinasiya olunmayıb.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 897 olub.