Azərbaycanda son 1 həftə ərzində (30 oktyabr - 5 noyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 45 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 101 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 2 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 834 095 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 689 nəfər müalicə olunaraq sağalıb, hazırda 48 aktiv xəstə var. Bu günə qədər 10 358 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 184 , bu günə qədər isə ümumilikdə 7 706 434 test icra olunub.
Ötən həftə peyvənd olunan olmayıb.