Azərbaycanda son sutkada COVID-19-a 1 187 yoluxma aşkarlanıb, 14 nəfər vəfat edib

Azərbaycanda son sutkada COVID-19-a 1 187 yoluxma aşkarlanıb, 14 nəfər vəfat edib Azərbaycan Respublikasında koronavirusa daha 1 187 yeni yoluxma qeydə alınıb, 306 nəfər müalicə olunaraq sağalıb
Sağlamlıq
20 Mart , 2021 18:28
Azərbaycanda son sutkada COVID-19-a 1 187 yoluxma aşkarlanıb, 14 nəfər vəfat edib

Azərbaycanda koronavirusa daha 1 187 yeni yoluxma qeydə alınıb, 306 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 245 490 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 534 nəfər müalicə olunaraq sağalıb, 3 339 nəfər vəfat edib, aktiv xəstə sayı 9 617 nəfərdir.

Son sutka ərzində 11 692, bu günə kimi ümumilikdə 2 768 149 test aparılıb.

Son xəbərlər

Orphus sistemi