Azərbaycanda son gündə 2 676 nəfərdə koronavirus aşkarlanıb, 38 nəfər vəfat edib

Azərbaycanda son gündə 2 676 nəfərdə koronavirus aşkarlanıb, 38 nəfər vəfat edib Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb.
Sağlamlıq
12 Sentyabr , 2021 15:25
Azərbaycanda son gündə 2 676 nəfərdə koronavirus aşkarlanıb, 38 nəfər vəfat edib

Azərbaycanda son sutkada koronavirusa 2 676 yeni yoluxma qeydə alınıb, 3 893 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 460 092 nəfərin koronavirusa yoluxması müəyyən olunub, 409 404 nəfər müalicə olunaraq sağalıb, 6 103 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 44 585 nəfərdir.

Son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 536, ötən müddət ərzində isə ümumilikdə 4 652 996 test aparılıb.

Son xəbərlər

Orphus sistemi