Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 36 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 1 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 823 761 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 612 nəfər müalicə olunaraq sağalıb, hazırda 184 aktiv xəstə var. Bu günə qədər 9 965 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 448, bu günə qədər isə ümumilikdə 7 347 597 test icra olunub.