Azərbaycanda 11 yaşlı yeniyetmələrin 30 faizədək hissəsi artıq çəkidən əziyyət çəkir.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının "Avropa regionunda piylənmə təhlükəsi və cavabın strategiyası” mövzusunda 2022-ci il hesabatında bildirilir.
Hesabatda qeyd edilir ki, 13-15 yaşlı oğlan uşaqları arasında piylənmə və artıq çəki 20 faiz, qızlarda 10 faizə yaxındır. Ölkədə yeniyetmələr arasında oğlanların 60 faizi, qızların da 50 faizi mütəmadi olaraq lazımi qədər meyvə-tərəvəz yemir.
Bütövlükdə Avropanın yetkin əhalisinin 59 faizi, uşaqlar arasında isə oğlanların 29, qızların 27 faizində piylənmə problemi özünü göstərir. Yetkin əhalisi arasında piylənmənin yayılması baxımından Avropa regionu Amerikadan sonra ikinci yerdədir.