Azərbaycanda vaksinasiya strategiyası hazırlanır

Azərbaycanda vaksinasiya strategiyası hazırlanır Hazırda Azərbaycanda COVID-19 əleyhinə vaksinlərin seçimi və vaksinasiya strategiyası hazırlanır.
Sağlamlıq
15 Dekabr , 2020 15:40
Azərbaycanda vaksinasiya strategiyası hazırlanır

Hazırda Azərbaycanda COVID-19 əleyhinə vaksinlərin seçimi və vaksinasiya strategiyası hazırlanır.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində deyib.

TƏBİB sədri bildirib ki, növbəti brifinqlərdə bununla bağlı detallar ictimaiyyətə açıqlanacaq: "Hazırda müxtəlif qurumlar işləri davam etdirir".

Son xəbərlər

Orphus sistemi