Bakı məktəblərindəki psixoloq ştatları vakansiyaya çıxarılacaq 

Bakı məktəblərindəki psixoloq ştatları vakansiyaya çıxarılacaq  "Bu ilin sentyabr ayından məktəblərdəki psixoloq ştatının vakansiyaya çıxarılması nəzərdə tutulur".
Sağlamlıq
24 İyun , 2021 10:13
Bakı məktəblərindəki psixoloq ştatları vakansiyaya çıxarılacaq 
0 : 00
0 : 00

"Bu ilin sentyabr ayından məktəblərdəki psixoloq ştatının vakansiyaya çıxarılması nəzərdə tutulur".

"Report" xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, təhsil müəssisələrində psixoloji xidmət olduqca vacib məsələdir: "Xüsusilə də son dövrlərdə psixoloji- emosional vəziyyətin tənzimlənməsi gündəmdədir. Bununla əlaqədar Təhsil Nazirliyinin qərarı var ki, bütün məktəblərdə hər 1000 şagirdə 1 psixoloq ştatı ayrılsın. Buna uyğun olaraq yəqin ki, bu ilin sentyabr ayından psixoloq ştatı vakansiyaya çıxarılacaq".

Son xəbərlər

Orphus sistemi