Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazi məlum olub.
“Report” xəbər verir ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, bu rəqəm Binəqədidə 15 % təşkil edir.
Sonrakı yerlərdə 13,1 %-lə Xətai, 12,2 %-lə Yasamal, 10,8 %-lə Sabunçu, 8,2 %-lə Nərimanov və Suraxanı, 7,8 %-lə Nəsimi, 7 %-lə Nizami, 6,9 %-lə Xəzər, 5,3 %-lə Qaradağ, 5 %-lə Səbail, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.