Bu gün Bakıda dördəmlər dünyaya gəlib.
Körpələrin dünyaya gəldiyi "Leyla Medical Center"dən "Report"a verilən məlumata görə, körpələrdən üçü oğlan, biri isə qızdır.
Qeyd olunub ki, körpələrin çəkiləri 1 140 qr (oğlan), 1 350 qr (oğlan), 1 230 qr (oğlan), 1 120 qr-dır (qız): "Ananın və uşaqların vəziyyəti stabildir".
Məlumat üçün bildirək ki, bu 30 yaşlı qadının ilk hamiləliyi olub. Körpələr qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Onların 20 günə yaxın xəstəxanada qalacağı bildirilir.