Bakıda nöqsanlar aşkarlanan dönərxana bağlanıb

Bakıda nöqsanlar aşkarlanan dönərxana bağlanıb Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb
Sağlamlıq
16 May , 2021 10:53
Bakıda nöqsanlar aşkarlanan dönərxana bağlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 137 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rəhmanov Əyyub Vahid oğluna məxsus “Yanar Dönər” ictimai iaşə müəssisəsində yoxlama keçirib.

AQTA-dan "Report"a verilən məlumata görə, yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, temperatur rejiminə və saxlanma şəraitinə əməl olunmadığı, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı aşkar olunub.

Eyni zamanda, işçilərin tibbi müayinədən keçirilməsinə dair arayışların mövcud olmadığı müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Son xəbərlər

Orphus sistemi