Bakıda yeni tibb mərkəzi yaradılır.
"Report"un əldə etdiyi məlumata görə, publik hüquqi şəxs statuslu "Qaradağ Tibb Mərkəzi" təsis edilir.
Yeni tibb mərkəzi Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının və Z.Bayramov adına 9 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının birləşmə formasında yenidən təşkili yolu ilə yaradılır.
Qeyd edək ki, Azərbaycanda daha bir neçə tibb müəssisəsi də birləşdirilir.