“Müşahidələr göstərir ki, 2 doza peyvənd alan şəxslər vaxt keçdikdən sonra bədənlərində olan immunitet zəifləyir. İmmun sistemi zəif olan və xroniki xəstəliyi olanlarda 3-cü dozanın əhəmiyyəti daha çoxdur”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
O qeyd edib ki, risk qrupuna aid olan şəxslərə qorunma vasitəsi olaraq 3-cü doza vurulması üstün tutulur:
“Xüsusilə də tibb işçiləri viruslu xəstələrlə çox təmasda olur. Buster dozanın (qüvvətləndirici) vurulması məcburi deyil və tövsiyə xarakterlidir. Bu da vaksinin müddətsiz olmasına heç bir təsir göstərmir”.
Mütəxəssis qeyd edib ki, buster dozada istənilən vaksin növündən istifadə edilə bilər:
“Vaksinlərin hər birinin effektiv olduğu düşünülür”.