Baş infeksionistdən uşaqların koronavirusa yoluxması ilə bağlı açıqlama

Baş infeksionistdən uşaqların koronavirusa yoluxması ilə bağlı açıqlama “Uşaqlar böyüklərə nisbətən koronavirus xəstəliyini daha yüngül keçirirlər. Onlar yoluxsalar da, bu, daha çox simptomsuz olur”
Sağlamlıq
11 Fevral , 2021 15:47
Baş infeksionistdən uşaqların koronavirusa yoluxması ilə bağlı açıqlama

“Uşaqlar böyüklərə nisbətən koronavirus xəstəliyini daha yüngül keçirirlər. Onlar yoluxsalar da, bu daha çox simptomsuz olur”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O qeyd edib ki, uşaqlar xəstələnsələr də, böyüklərə nisbətən ağır hallara çox az rast gəlinir: “Onlar həddən artıq kök, yanaşı ağır xəstəlikləri olduqda xəstəliyi keçirən zaman ağırlaşmalar ola bilər. Yalnız bu halda uşaqların yoluxmasına görə təşvişə düşə bilərik. Uşaqlar infeksiyanın mənbəyi kimi ev şəraitində yaşlı nəsli yoluxdura bilər və bu daha təhlükəli hesab olunur”.

Son xəbərlər

Orphus sistemi