Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadənin Mərkəzi Gömrük Hospitalındakı müalicəsi başa çatıb.
“Report” xəbər verir ki, ondan götürülən yeni COVID-19 testinin nəticələri neqativ çıxıb.
Həkimlərin konsiliumunun qərarı ilə B.Bağırzadə bundan sonra həkim-infeksionistin ambulator nəzarəti altında olmaq şərtilə evə buraxılıb.
Xəstəxana çıxışında Əməkdar artisti sənət dostları qarşılayıb.
Xatırladaq ki, Əməkdar artist Bəhram Bağırzadə iyunun 13-də vəziyyəti kəskin pisləşdiyindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan Mərkəzi Gömrük Hospitalına köçürülərək reanimasiyaya yerləşdirilib. Onun ağciyərlərinin 90 faizi zədələndiyindən əməkdar artist ECMO cihazına qoşulub. İyulun 2-də isə o, ECMO cihazından ayrılıb.
Qeyd edək ki, Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətində olub.