“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 5 mart 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 27 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
AQTA-dan "Report"a verilən məlumata görə, həmin tarixdə 5 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
№ |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
1 |
Bayramov Ayaz Şamil oğlu |
Pərakəndə satış |
Sahibkar hal-hazırda fəaliyyət göstərmir. |
2 |
İsmayılov Səyyad Sadıq oğlu |
Pərakəndə satış |
Sahibkar hal-hazırda fəaliyyət göstərmir. |
3 |
Hüseynov Samir Zakir oğlu |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
4 |
Kamalova Kəmalə Bəyməmməd qızı |
İlkin istehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
5 |
Şıxıyev Samir Rasim oğlu |
İctimai iaşə |
Sahibkar hal-hazırda fəaliyyət göstərmir. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.