"Koronavirus pandemiyası əvvəlki kimi bəşəriyyət üçün təhlükə yaradır və daha ölümcül ştamın meydana gəlməsi ehtimalı istisna olunmur".
“Report” xəbər verir ki, bunu “The Financial Times”a müsahibəsində “Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts bildirib.
Onun sözlərinə görə, sağlamlığa qlobal təhdidləri daha tez aşkar etmək, həmçinin ölkələr arasında əlaqələndirməni yaxşılaşdırmaq üçün epidemioloqlardan tutmuş kompüter modellərinin tərtibatçılarına qədər beynəlxalq ekspertlərin daxil olacağı qrup yaratmaq lazımdır.
O, yeni pandemiyanın qarşısını almaq üçün böyük investisiya qoyuluşlarına ehtiyac olduğunu vurğulayıb.
Bununla əlaqədar olaraq, ÜST-ün fəaliyyəti illik 1 milyard ABŞ dollarına başa gələcək mütəxəssislər komandasının yaradılmasının vacibliyini bildirən B.Qeyts təşkilatın maliyyələşdirilməsində beynəlxalq konsensusun əldə ediləcəyinə əmin olmadığını diqqətə çatdırıb.