BMT-nin Baş katibi Antoniu Quterreş bildirib ki, dünyada koronavirus peyvəndlərinin ədalətli paylanılması üçün kampaniya aparmaq məqsədilə təcili olaraq bir neçə milyard dollara ehtiyac var.
Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
"Vaksinlərin ədalətli paylanmasını təmin etmək üçün təcili olaraq 8 milyard dollar məbləğində nağd pula ehtiyacımız var və G20-ni (“Böyük Yeddilər”i-red) bu işdə bizə kömək etməyə çağırırıq", - Baş katibin Ümumdünya Səhiyyə Sammitindəki videomüraciətində qeyd edilir.
Quterreş vurğulayıb ki, bəşəriyyət gələcək pandemiyalara hazır olmaq üçün müasir və yaxşı maliyyələşdirilən memarlıq yaratmalıdır.
Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus ÜST-ün 80-dən çox ölkənin ilin sonuna qədər əhalisinin azı 40%-inin koronavirus əleyhinə peyvəndlərlə təmin edilməsinə dair irəli sürdüyü vəzifəsinin öhdəsindən gələ bilməmək riski ilə üzləşdiyini söyləyib.