Braziliyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 49 min 298 nəfər olub.
“Report”un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Nazirliyin məlumatına görə, son sutkada ölkədə daha 1 212 nəfər ölüb. Bununla ümumi ölüm sayı 111 min nəfərə yüksəlib. Braziliyada infeksiyanın yayılmasının bütün vaxtı ərzində koronavirusa 3 456 652 yoluxma aşkar edilib.
Qeyd edək ki, Braziliya həm koronavirusa yoluxma hallarına, həm də COVID-19 qurbanlarının sayına görə dünyada ikinci yerdədir.