Britaniya səfiri: "Azad olunan ərazilərdə tibb ocaqlarının yaradılmasına kömək edəcəyik"

Britaniya səfiri: "Azad olunan ərazilərdə tibb ocaqlarının yaradılmasına kömək edəcəyik" Səhiyyə Nazirliyində Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Sağlamlıq
21 Dekabr , 2021 10:49
Britaniya səfiri: Azad olunan ərazilərdə tibb ocaqlarının yaradılmasına kömək edəcəyik

Səhiyyə Nazirliyində Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Azərbaycan-Böyük Britaniya münasibətlərinin dinamik inkişaf tendensiyasına malik olduğunu bildirib. Onun sözlərinə görə, iki ölkə arasında bir çox sahəni ehtiva edən çoxşaxəli rasional münasibətlər mövcuddur. T.Musayev gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

C.Şarp isə 44 gün davam edən Vətən müharibəsində işğaldan azad olunan ərazilərdə tibb müəsissələrinin yaradılmasında Böyük Britaniyanın köməyini əsirgəməyəcəyini söyləyib. Ümumbəşəri bəlaya çevrilən COVID-19 pandemiyası məsələsinə toxunan səfir postkovid dövründə Azərbaycan-Böyük Britaniya arasında əməkdaşlığın genişləndirilməsinin daha da zəruri olduğunu qeyd edib.

Görüşdə tərəflər həmçinin səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, eyni zamanda əczaçılıq sənayesində gələcək əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi