Bu il üçün Azərbaycana idxal olunmuş bitki və bitkiçilik məhsullarında aşkarlanan uyğunsuzluqlara dair ixracatçı ölkələrə göndərilən bildirişlərin sayı açıqlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən "Report"a verilən məlumata görə,
Ölkəmizə idxal olunan bitki və bitkiçilik məhsullarında aşkarlanan uyğunsuzluqlarla bağlı ümumilikdə 55 bildiriş göndərilib.
Bunlardan:
- Rusiya Federasiyasına - 52
- İran İslam Respublikasına - 1
- Gürcüstan Respublikasına - 1
- İspaniya Krallığına – 1
Notifikasiya göndərilən məhsulları idxal edən subyektlər:
- "A+CO" MMC – 6 (Rusiya Federasiyasından idxal edilən ərzaqlıq qarğıdalıda yovşanyarpaqlı ambroziya aşkar olunub);
- F/ş Mirzəyev İsgəndər – 11 (Rusiya Federasiyasından idxal edilən ərzaqlıq buğdada sürünən kəkrə aşkar olunub);
- "Dəvəçi Dəyirman" MMC – 7 (Rusiya Federasiyasından idxal edilən ərzaqlıq qarğıdalıda sürünən kəkrə aşkar olunub);
- “Avrora” MMC – 27 (Rusiya federasiyasından idxal edilən ərzaqlıq buğdada sürünən kəkrə aşkar olunub);
- "Nadir Quliyev adına Bakı Taxıl" ASC- 1 (Rusiya Federasiyasından idxal edilən ərzaqlıq buğdada yovşanyarpaqlı ambroziya aşkar olunub);
- “Güllü-80 MMC- 1 (İran İslam Respublikasından idxal edilən kartof məhsulunda kartof güvəsi aşkar olunub);
- F/ş Musayev Ədalət – 1 (Gürcüstan Respublikasından idxal edilən toxumluq kartofda kartof gövdə nematodu aşkar edilib);
- “Green Tech” MMC – 1 (İspaniya Krallığından idxal edilən pomidor toxumlarında pomidorun qonur qırışıqlıq virusu aşkar olunub).