Bu il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 702 426 ümumi müraciət daxil olub.
“Report” xəbər verir ki, bunu Stansiyanın baş həkimin müavini İradə Əliyeva deyib.
O qeyd edib ki, müraciətlərdən 77 mini hospitalizasiya edilib: “Uşaqlar üçün edilən çağırışların sayı 53 800, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 9 000-dən artıq olub.
İ.Əliyeva bildirib ki, keçən illə müqayisədə ümumi müraciətlərin və uşaq çağırışlarının sayında azalma qeyd edilsə də, hospitalizasiyada nəzərə çarpan artım var.