Qırmızı ətdə olan yağ və zülallar böyrəklərdə daşın yaranmasına gətirib çıxarır.
“Report” xəbər verir ki, bunu həkim və aparıcı Aleksandr Myasnikov bildirib.
Onun sözlərinə görə, ispanaq və göyərti qanda oksalatları (duzları və oksalat turşusunun efirləri - red.) artırır və bu da öz növbəsində böyrəklərdə daşın yaranmasına səbəb olur.
“Orta səviyyədə quru qırmızı şərabdan başqa digər alkoqollu içkilər böyrəklərdə daş əmələ gətirir. Soda içmək də başqa bir risk faktorudur. Ümumi qaydalar sadədir: mümkün qədər çox maye qəbul etmək. Az duzlu, az qırmızı ət yemək”.