Cəlilabad xəstəxanası fəaliyyətini tam bərpa edib 

Cəlilabad xəstəxanası fəaliyyətini tam bərpa edib  Koronavirus xəstələrinin müalicəsi üçün xüsusi rejimdə çalışan Cəlilabad Rayon Mərkəzi Xəstəxanası (RMX) digər xəstələrin qəbulu üçün fəaliyyətini bərpa edib
Sağlamlıq
29 May , 2021 11:00
Cəlilabad xəstəxanası fəaliyyətini tam bərpa edib 

Koronavirus xəstələrinin müalicəsi üçün xüsusi rejimdə çalışan Cəlilabad Rayon Mərkəzi Xəstəxanası (RMX) digər xəstələrin qəbulu üçün fəaliyyətini bərpa edib.

"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, artıq tibb müəssisəsində digər pasiyentlərin qəbuluna başlanılıb.

Qeyd edək ki, Cəlilabad RMX Azərbaycanda pandemiyanın başladığı ilk günlərdən etibarən koronavirus xəstələrinin müalicə olunduğu xüsusi rejimli xəstəxana kimi fəaliyyət göstərib.

Sözügedən tibb müəssisəsi bu ilin fevral ayından fəaliyyətini ənənəvi qaydada davam etdirməyə başlasa da, cəmi bir ay sonra - aprel ayında koronavirusa yoluxanların sayının artması ilə əlaqədar olaraq yenidən karantin xəstəxanasına çevrilmişdi.

Tibb müəssisəsinin xüsusi rejimli xəstəxana kimi fəaliyyət göstərdiyi müddətdə yalnız COVID-19-a yoluxan şəxslər qəbul edilib. Bu zaman xəstəxanadakı müvafiq şöbələr ətrafdakı tibb ocaqlarına köçürülüb.

Son xəbərlər

Orphus sistemi