Cəlilabadda 300-ə yaxın şəhid ailə üzvləri və qazilər tibbi müayinədən keçib

Cəlilabadda 300-ə yaxın şəhid ailə üzvləri və qazilər tibbi müayinədən keçib Cəlilabadda şəhid ailələri ürək damar xəstəlikləri ilə bağlı tibbi müayinə olunub və bu mövzuda konfrans keçirilib.
Sağlamlıq
2 İyun , 2022 16:14
Cəlilabadda 300-ə yaxın şəhid ailə üzvləri və qazilər tibbi müayinədən keçib

Cəlilabadda şəhid ailələri ürək damar xəstəlikləri ilə bağlı tibbi müayinə olunub və bu mövzuda konfrans keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, tibbi müayinə Səhiyyə Nazirliyi, TƏBİB, Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının birgə təşkilatçılığı ilə baş tutub.

Belə ki, səhər saatlarından başlayaq axşam saatlarına qədər Mərkəzi Rayon Xəstəxanasında şəhid və qazi ailə üzvlərinin ürək damar xəstəliklərinin müayinəsi və profilaktikası təşkil olunub.

Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanovun "Report"un yerli bürosuna verdiyi məlumata görə, müayinədə 300-ə yaxın şəxsin iştirakı gözlənilir.

Daha sonra isə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində respublikanın cənub, mərkəzi aran rayonlarından və paytaxtdan olan kardioloqlar və terapevtlərinin iştirakı ilə elmi-praktik konfrans keçirilib.

Konfransda tibb elmində olan yeniliklər, müasir kardiologiyada yanaşmalar mövzularında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi