Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
"Report" xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Ucar şəhəri, Oğuz küçəsində fəaliyyət göstərən, Qurbanov Elxan Ələkbər oğluna məxsus çörək bişirmə müəssisəsində yoxlama keçirilib.
Yoxlama zamanı müəssisənin texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadan fəaliyyət göstərdiyi məlum olub. Belə ki, müəssisənin istehsal sahəsində sanitariya qaydalarına əməl olunmadığı, döşəmə, tavan, divarların tamlığının pozulduğu və asan yuyula bilən materiallarla təmin olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, anbarında sanitariya qaydalarına əməl olunmadığı, un məhsullarının saxlanma rejiminə, temperatur rejiminə əməl olunmadığı aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, inzibati protokol tərtib olunub.
Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.