ABŞ və Fransa şirkətləri birgə peyvənd istehsal edəcək

ABŞ və Fransa şirkətləri birgə peyvənd istehsal edəcək “Sanofi” öz istehsalını cari ilin payızında təqdim etməyi nəzərdə tutur
Sağlamlıq
22 Fevral , 2021 20:04
ABŞ və Fransa şirkətləri birgə peyvənd istehsal edəcək

Fransanın “Sanofi” əczaçılıq şirkəti Lion şəhərindəki müəssisəsində ABŞ-ın “Johnson & Johnson” şirkətilə birgə koronavirusa qarşı peyvəndin istehsalına başlayacaq.

“Report” xəbər verir ki, “Sanofi”nin açıqlamasına görə, həmin müəssisədə “Janssen” peyvəndinin istehsalına dair müqavilə imzalanıb.

Müqavilə çərçivəsində ayda 12 milyonadək doza peyvəndin istehsal olunacağı bildirilir.

Daha əvvəl “Sanofi” “Pfizer”-“BioNTech” peyvəndinin də 125 milyon dozasının istehsalı və tədarükündə iştirak etməsilə bağlı müqavilə imzalamışdı. “Sanofi” öz istehsal etdiyi dərmanı isə cari ilin payızında təqdim etməyi nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi