B12 vitamininin çatışmazlığına görə insanda keçəlləşmə başlaya bilər, buna görə də saçların itməməsi üçün müxtəlif heyvanların aktiv bioloji maddələrlə zəngin qaraciyərindən qida kimi istifadə etmək lazımdır.
“Report” xəbər verir ki, bu barədə Britaniyanın tanınmış trixoloqu Filipp Kinqsli
Onun sözlərinə görə, B12 vitamini orqanizmin hər hüceyrəsi tərəfindən istifadə olunur, əsəb sisteminin işini qaydaya salır, həmçinin dezoksiribinuklein turşusunun istehsalında mühüm rol oynayır. O, həmçinin eritrositlərə oksigeni əzələ toxumalarına, həmçinin tük follikullarına çatdırmağa kömək edir.
Əgər bu vitamin insanın bədənində defisit olsa, onda orqanizm ilk növbədə oksigeni həyati əhəmiyyətli orqanlara çatdırır. Bu halda tük follikulları daha az oksigen alacaq.
"Oksigensiz tük follikulları normal işləməyi dayandırır və saçlar tökülə bilər", - trixoloq deyib.
B12 vitamini çatışmazlığının qarşısını almaq üçün toyuq, donuz və ya mal əti qaraciyərindən daha çox istifadə etmək lazımdır. Bundan başqa, rasiona qızılbalıq, süd və yumurta da əlavə etmək lazımdır.