Dərman vasitələrinin ekspertizası qiymətlərini Tarif Şurası müəyyən edəcək

Dərman vasitələrinin ekspertizası qiymətlərini Tarif Şurası müəyyən edəcək Nazirlər Kabineti 2019-cu il 25 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edib.
Sağlamlıq
10 Sentyabr , 2021 21:23
Dərman vasitələrinin ekspertizası qiymətlərini Tarif Şurası müəyyən edəcək

Nazirlər Kabineti 2019-cu il 25 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, müvafiq qərarı Əli Əsədov imzalayıb.

Qərara əsasən “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda aşağıdakı dəyişikliklər edilib:

Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli publik hüquqi şəxsə çevrilib.

Eyni zamanda dərman vasitələrinin ekspertizası “Dərman vasitələri haqqında” Qanununun 4.5-ci maddəsinə uyğun olaraq Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflər əsasında həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi