DİM-in gənc əməkdaşı COVID-19-dan vəfat edib

DİM-in gənc əməkdaşı COVID-19-dan vəfat edib Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşı Zəhra Qarayeva vəfat edib.
Sağlamlıq
10 Sentyabr , 2021 10:52
DİM-in gənc əməkdaşı COVID-19-dan vəfat edib

Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşı Zəhra Qarayeva vəfat edib.

Mərkəzin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə “Report”a bildirib ki, Z.Qarayeva avqust ayının 2-də məzuniyyətə çıxıb, məzuniyyət vaxtı COVID-19-a yoluxub və xəstəxanaya yerləşdirilib.

"Daha əvvəl hər iki doza vaksin olunub. Xəstəxanada müalicə alıb və özünü normal hiss edib. Lakin sonradan daxili orqanlarında – böyrəyində yaranmış problemlə əlaqədar vəziyyəti pisləşib. Həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb və sentyabrın 8-də xəstəxanada vəfat edib. Gənc idi, 29 yaşı var. Allah yaxınlarına səbir versin. Allahdan rəhmət diləyirik!", - X.Xanlarzadə deyib.

Son xəbərlər

Orphus sistemi