"Son vaxtlar bəzi abituriyentlər ali məktəblərə qəbul olmadıqlarına və kənarda qalmamağa görə tibb kollecinə sənəd verirlər".
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktor müavini Vəfa Əliyeva deyib.
Onun sözlərinə görə, tibbə sevgisi olmayan şəxslər qəbul olub bir neçə aydan sonra təhsili yarımçıq qoyurlar: “Həmin şəxslər tibbə sevgisi olan şəxslərin yerlərini tuturlar. Ona görə də xahiş edirəm ki, kollecə mütləq tibbə sevgisi olanlar müraciət etsinlər”.