Döyüş bölgələrinə ezam edilən tibb işçilərinin sayı açıqlandı

Döyüş bölgələrinə ezam edilən tibb işçilərinin sayı açıqlandı Vətən müharibəsi dövründə yaralılara Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının gördüyü işlər açıqlanıb.
Sağlamlıq
18 Dekabr , 2020 12:28
Döyüş bölgələrinə ezam edilən tibb işçilərinin sayı açıqlandı

Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Vətən müharibəsi dövründə gördüyü işlər açıqlanıb.

"Report" xəbər verir ki, stansiyanın baş həkimin müavini İradə Əliyeva sentyabrın 27-dən Azərbaycan ərazisində gündəlik 38 briqada olmaqla, 200-ə yaxın həkim və orta tibb işçilərinin növbə ilə döyüş bölgələrinə ezam edildiyini bildirib.

O qeyd edib ki, tibb işçiləri yaralı hərbçilərə ilkin tibbi yardımın göstərilməsində, ön cəbhədən yaxınlıqdakı hərbi hospitallara, vəziyyəti ağır olanların isə paytaxt və rayon mərkəzi xəstəxanalarına daşınmasında, həmçinin helikopterlə şəhərə çatdırılan ağır yaralıların hospitallara yerləşdirilməsi və bir xəstəxanadan digərinə daşınmasında aktiv iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi