Dünyada saxta dərman satan 120 nəfərdən çox şəxs tutuldu

Dünyada saxta dərman satan 120 nəfərdən çox şəxs tutuldu “Pangea” xüsusi əməliyyatı zamanı internetdə antiviral dərmanlar və tibbi maskalar daxil olmaqla saxta tibbi məhsullar satdıqları üçün 120-dən çox adam saxlanılıb.
Sağlamlıq
25 Sentyabr , 2020 05:17
Dünyada saxta dərman satan 120 nəfərdən çox şəxs tutuldu

“Pangea” xüsusi əməliyyatı zamanı internetdə antiviral dərmanlar və tibbi maskalar daxil olmaqla saxta tibbi məhsullar satdıqları üçün 120-dən çox adam saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə “TASS”a Rusiya Daxili İşlər Nazirliyinin İnterpol Milli Mərkəzi Bürosunun rəhbəri, polis general-mayoru Aleksandr Prokopçuk məlumat verib.

“Əməliyyat nəticəsində dünyada 120-dən çox cinayətkar saxlanılıb. 14 milyon ABŞ dollarından çox dəyəri olan saxta tibbi məhsullar qanunsuz dövriyyədən çıxarılıb. Bunların arasında antiviral dərmanlar və qoruyucu maskalar var. Xüsusi əməliyyat bu il mart ayında, 90 ölkədə eyni vaxtda həyata keçirilib”.

Onun sözlərinə görə, Rusiyada sosial şəbəkələrdə 4 mindən çox şübhəli sayt və səhifə yoxlanılıb, internetdə narkotik və tibbi cihazların qanunsuz satışı ilə məşğul olan 2 mindən çox sayt müəyyənləşdirilib, 87 cinayət işi başladılıb, 1 100-dən çox inzibati yoxlama aparılıb, qanunsuz fəaliyyətə görə 34 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi