Koronavirusun “omikron” ştamının yayılması ilə bağlı gərginlik qarşıdakı üç ay da davam edəcək.
“Report” “Sky News”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının xüsusi elçisi Devid Nabarro bildirib.
Ekspertin fikrincə, “omikron”dan sonra başqa variantlar da ortaya çıxa bilər.
“Ciddi məhdudiyyətlər tətbiq etmək heç bir ölkədə, xüsusilə də kasıb ölkələrdə mümkün deyil. Amma çətinliklər bundan sonra cəmi üç ay davam edəcək” – deyə ekspert vurğulayıb.