Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndinin ikinci dozası ilə aşılanıb.
“Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Dövlət başçısı yanvarın 14-də peyvəndin birinci dozası ilə vaksinasiya olunub.
Qeyd edək ki, Türkiyənin Əczaçılıq və Tibbi Ləvazimat Təşkilatı laborator şəraitdə 14 gün araşdırma apardıqdan sonra ölkə ərazisində "CoronaVac" vaksininin tətbiqinə icazə verib.