Fərqli peyvənd dozalarının vurulacağı hallar açıqlandı

Fərqli peyvənd dozalarının vurulacağı hallar açıqlandı 2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs Azərbaycanda istifadəsinə icazə verilən istənilən vaksinin 2 dozasını vurdura bilər.
Sağlamlıq
14 İyul , 2021 10:07
Fərqli peyvənd dozalarının vurulacağı hallar açıqlandı

2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs Azərbaycanda istifadəsinə icazə verilən istənilən vaksinin 2 dozasını vurdura bilər.

"Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in vətəndaşların vaksinasiya ilə bağlı suallarına cavabda qeyd olunub.

Bildirilib ki, “Peyvənd sertifikatı”nda son qəbul edilən 2 doza haqqında məlumat əks olunacaq. Buster (qüvvətləndirici) doza deməkdir. 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur. Tədqiqatlara görə qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul etdiyiniz 2 dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza kimi qəbul oluna bilər.

Eyni zamanda iyulun 2-dən sonra “İmmunitet sertifikatı”nın müddəti bitdiyi üçün ölkədə istifadə olunan hər hansı vaksindən 1 doza qəbul edən şəxsin “İmmunitet sertifikatı” müddətsiz olaraq uzadılır. İyulun 2-dən əvvəl 1 doza vaksin vurduran şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar.

Son xəbərlər

Orphus sistemi