Gəncədə limonad istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Gəncədə limonad istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncədə fəaliyyət göstərən limonad istehsalı müəssisəsində plandankənar yoxlama keçirib.
Sağlamlıq
5 Noyabr , 2024 12:00
Gəncədə limonad istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncədə fəaliyyət göstərən limonad istehsalı müəssisəsində plandankənar yoxlama keçirib.

"Report" xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Baxış zamanı istehsalat müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Belə ki, müəssisədə anbar sahəsinin təşkil edilmədiyi, şüşə butulkaların müşayiətedici sənədlərinin olmadığı, müəssisəyə geri qaytarılmış məhsullar üçün xüsusi sahənin ayrılmadığı, yuma sahəsinin təmirsiz olduğu, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, pozuntuların aradan qaldırılması və müəssisənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması barədə icrası məcburi göstərişlər verilib.

Son xəbərlər

Orphus sistemi