Gəncədə koronavirus (COVID-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər davam etdirilir.
“Report”un yerli bürosu xəbər verir ki, səhər saatlarından başlayaraq, şəhərdə xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılıb.
İşlərə xeyli sayda canlı qüvvə və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb edilib.
Dezinfeksiya işləri mərkəzi küçə və prospektlərlə yanaşı, qəsəbə və yaşayış massivlərini də əhatə edib. Yeraltı piyada keçidləri, dayanacaqlar, çoxmənzilli yaşayış binaları, park və xiyabanlar növbəti dezinfeksiya olunub.
Qeyd edək ki, istifadə edilən maddələrin müəyyən toksikliyini nəzərə alınaraq, sakinlər əvvəlcədən KİV-lər vasitəsilə xəbərdar olunub.