GEM: "Azərbaycanda qızılca əleyhinə kifayət qədər vaksin ehtiyatı var"

GEM: "Azərbaycanda qızılca əleyhinə kifayət qədər vaksin ehtiyatı var" Azərbaycanda qızılca əleyhinə kifayət qədər vaksin ehtiyatı var.
Sağlamlıq
27 Dekabr , 2023 15:30
GEM: Azərbaycanda qızılca əleyhinə kifayət qədər vaksin ehtiyatı var

Azərbaycanda qızılca əleyhinə kifayət qədər vaksin ehtiyatı var.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva qızılca ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, qızılca əleyhinə dövlət və ya özəl tibb müəssisələrində vurulan peyvəndlərin tərkibi eyni, sadəcə istehsalçı ölkələr fərqlidir: “Dövlət tibb müəssiləri üçün Azərbaycanın gətirdiyi vaksinlər Hindistan istehsalıdır. Buradan valideynlərə də səslənirəm ki, bütün tibb müəssisələrində vurulan vaksinlərin hamısı həmin peyvənddir. Bunlar da təhlükəsiz və keyfiyyətlidir. Bir doza peyvəndlə iş bitmir, ikinci doza mütləq vurulmalıdır”.

A.Əliyeva diqqətə çatdırıb ki, əksər rayonlarda qızılcaya yoluxma halları qeydə alınır: “Bu ay ərzində xəstəliyə yoluxma göstəricisi aşağı ensə də, faktlar yenə var. Bu da peyvəndləmə göstəricisinin artması ilə əlaqəlidir”.

Son xəbərlər

Orphus sistemi