Hande Harmancı: “Vaksinlərin hamısı “Omikron” ştamına qarşı effektivdir”

Hande Harmancı: “Vaksinlərin hamısı “Omikron” ştamına qarşı effektivdir” “Azərbaycanda ən son “Delta” ştamı aşkarlanıb. Bütün dünyada olduğu kimi burada da insanlar həmin ştamından əziyyət çəkirlər. Hələlik Azərbaycanda “Omikron” ştamına rast gəlinməyib”.
Sağlamlıq
10 Dekabr , 2021 10:05
Hande Harmancı: “Vaksinlərin hamısı “Omikron” ştamına qarşı effektivdir”
Hande Harmancı

“Azərbaycanda ən son “Delta” ştamı aşkarlanıb. Bütün dünyada olduğu kimi, burada da insanlar həmin ştamdan əziyyət çəkir. Hələlik Azərbaycanda “Omikron” ştamına rast gəlinməyib”.

“Report”un Qərb bürosu xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı deyib.

Gəncədə səfərdə olan ÜST rəsmisi xatırladıb ki, yeni ştam Azərbaycanda hələ aşkarlanmasa da, bu, “Omikron” variantının burada olmayacağı anlamına gəlməməlidir: “Çünki dünyanın hər yerində “Delta” ştamı aşkarlananda bunun Azərbaycanda yayılıb-yayılmayacağı soruşulanda təbii ki, yayılacağını demişdim. Bu fikrim “Omikron” ştamına da aiddir. Çünki yeni ştam bütün ölkələrdə aşkarlanır. Bunun üçün təlaşa düşməyə ehtiyac yoxdur. İndiyədək istifadə olunan vaksinlərin hamısı yeni ştama qarşı effektivdir. Tələb olunan qoruyucu tədbirlərin hamısı “Omikron”dan qoruyur. Sadəcə özümüzü və sevdiklərimizi qorumaq üçün qoruyucu tədbirlərə ciddi əməl etmək mütləqdir”.

Son xəbərlər

Orphus sistemi