Hansı hallarda yatmazdan əvvəl yemək zərərli deyil

Hansı hallarda yatmazdan əvvəl yemək zərərli deyil “Kökəlməyin və ya hətta arıqlamağın sirri gündəlik kalori istehlakınıza nəzarət etməkdən keçir"
Sağlamlıq
6 Fevral , 2021 04:23
Hansı hallarda yatmazdan əvvəl yemək zərərli deyil

“Kökəlməyin və ya hətta arıqlamağın sirri gündəlik kalori istehlakınıza nəzarət etməkdən keçir. Bədən üçün heç bir əhəmiyyəti yoxdur siz gündüz yediniz, ya axşam. Əsas gündəlik kalorini keçməməkdir”.

“Report”un məlumatına görə, bunu RİA “Novosti”yə diyetoloq Filip Kuzmenko deyib.

Onun sözlərinə görə, gündəlik kalori istehlakınızı öyrənmək üçün mütəxəssislə məsləhətləşmək lazımdır. Bundan sonra şəxsi təcrübənizə əsasən pəhriz seçə bilərsiniz:

“Tox qarına yaxşı yatmırsınızsa, ən yaxşısı ac yatmaq lazımdır. Ac insanlar yaxşı yatmırsa, onda qatıq için, kəsmik və ya başqa bir şey yeyin. Fərdi olaraq şəxsən hər kəs özünə uyğun pəhriz seçməlidir”.

Son xəbərlər

Orphus sistemi