Mütəxəssislər koronavirusun nadir fəsadlarını üzə çıxarıblar

Mütəxəssislər koronavirusun nadir fəsadlarını üzə çıxarıblar Koronavirusdan sağalan insanlarda sonradan nadir rast gəlinən fəsadlar üzə çıxa bilər.
Sağlamlıq
21 Noyabr , 2021 08:23
Mütəxəssislər koronavirusun nadir fəsadlarını üzə çıxarıblar

Koronavirusdan sağalan insanlarda sonradan nadir rast gəlinən fəsadlar üzə çıxa bilər.

"Report" xəbər verir ki, bu barədə rusiyalı immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov deyib.

O bildirib ki, COVID-19-dan sağalmış insanlarda sonradan eşitmə sinirinin zədələnməsi qeydə alına bilər.

Koronavirusun ikinci fəsadını xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis, tibb elmləri doktoru Vladislav Jemçuqov aşkarlayıb. Tibb mütəxəssisinin apardığı müşahidələr zamanı məlum olub ki, xəstəlikdən sonra beynin yayılmış zədələnməsi yarana bilər, bu zaman mikrotromboz və sistemli iltihab baş verir.

Son xəbərlər

Orphus sistemi