Azərbaycanda icbari tibbi sığorta üzrə 5 illik dövrü əhatə edən strateji plan hazırlanır.
"Report"un məlumatına görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun illik hesabatını təqdim edərkən məlumat verib.
Onun sözlərinə görə, hədəf sığorta çərçivəsində daha çox tibbi xidməti əhatə etməklə vətəndaşlara vaxtında, keyfiyyətli xidmətlər göstərməkdir: "Əhalinin tibbi xidmətlərə olan ehtiyaclarının müəyyən olunması üçün mövcud situasiyanın analizi, xəstələnmə səviyyəsinin və buna uyğun tibbi xidmət tələbinin müəyyən olunması üzərində çalışılacaq. Xidmətlər Zərfi ilə qarşılanan xidmətlərin sayını artırmaq, göstəriləcək xidmətlərin sosial-iqtisadi qiymətlərinin aparılması nəzərdə tutulub".