İsrailli qadın 55 yaşında vəfat edən həyat yoldaşının gözünün buynuz qişasını Azərbaycan əsgərinə bağışlayıb.
Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Vətən müharibəsi iştirakçısı, qazimiz Arif Hacıyevin bunun sayəsində görmə qabiliyyəti bərpa edilib.