İstehlaka yararsız qida məhsulları məhv edilib

İstehlaka yararsız qida məhsulları məhv edilib Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız qida məhsulları məhv edilib.
Sağlamlıq
27 Mart , 2023 16:49
İstehlaka yararsız qida məhsulları məhv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız qida məhsulları məhv edilib.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

Bildirilib ki, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında “Milla Dairy" MMC-yə məxsus 7 adda, 13,125 ton müxtəlif növ dondurma məhsulu, “Sun Food" MMC-yə məxsus ümumi çəkisi 59,92 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

"AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi