İsti yay günlərində necə qidalanmalı?

İsti yay günlərində necə qidalanmalı? “İsti yay günlərində su balansı və mineralların itkisi səbəbindən qidalarımıza fikir verməliyik. Su qəbulu günlük hər kəsin ehtiyacını qarşılayacaq şəkildə olmalıdır”.
Sağlamlıq
23 İyul , 2021 16:16
İsti yay günlərində necə qidalanmalı?

“İsti yay günlərində su balansı və mineralların itkisi səbəbindən qidalarımıza fikir verməliyik. Su qəbulu günlük hər kəsin ehtiyacını qarşılayacaq şəkildə olmalıdır”.

“Report” xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Qida təminatı və nəzarəti şöbəsinin baş mütəxəssisi Şumarə Qaracayeva deyib.

Onun sözlərinə görə, mineralla zəngin qidalar qəbul etmək lazımdır: “Xroniki xəstəliyi olan insanlarda yay aylarında xüsusi narahatlıq olur. Odur ki, onlar meyvə-tərəvəzə üstünlük verməlidir. Amma ifrat miqdarda deyil, lazımi porsiyalar şəklində yeyilməlidir. Gün ərzində ən çoxu 4-5 porsiya meyvə qəbulu tövsiyə olunur”.

TƏBİB rəsmisi bildirib ki, sağlam qidalanma sağlam immun sisteminin formalaşması üçün labüddür: "COVID-19 pandemiyasını nəzərə alaraq, zülallı qidaların qəbulu faydalıdır. Bura əsasən süd məhsulları aiddir”.

Son xəbərlər

Orphus sistemi